turklehceleri.org

qırpım

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qırpım

is. (adətən “bir”, “bircə” sözü ilə).
1. Göz yumub açınca keçən vaxt; an, ləhzə. Dilbər bir qırpım dayandı. C.Cabbarlı. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız .. qəzəblə dilləndi. M.Rzaquluzadə. • Bir qırpımda, bir göz qırpımında – bir anda, göz açıb yumunca, çox tez. Bir qırpımda divardan aldı ələ qılıncı. S.Rüstəm. Bir qırpımda gedirəm min illik bir həyata. R.Rza. [Ayaz] bir göz qırpımında atın üstünə sıçrayıb .. gözdən itdi. Ə.Məmmədxanlı.
2. Heyvanın (qoyunun, inəyin və s.-nin), yaxud qazın bir dəfəyə qırpa biləcəyi qədər az miqdar. Bir qırpım ot. Bir qırpım yonca.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qırpım

an, ləhzə
{an, lahza}


Axir izdelgen sözler: