quşçu
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
quşçu
is.
1. Quşçuluq mütəxəssisi. // Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam.
2. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. S.S.Axundov. Quşçular özləri də xəsillərin dibində gizlənib düdük çalırdılar. H.Sarabski.
3. Qədimdə: xanların, bəylərin ov quşlarına baxan adam. [Bəy:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev.