quzu
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
quzu
is.
1. Qoyun balası. Quzu əti. Quzu dərisi. – Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.
2. məc. Çox yumşaq, sakit, həlim adam haqqında. O, quzu kimi adamdır. • Körpə quzu məc. – məsum, təcrübəsiz, ana uşağı. [Uruz] arabir at minib ox süzdürsə də, .. ananın nəzərində hələ körpə bir quzu idi. M.Rzaquluzadə. // “Quzum” şəklində – əzizləmə, oxşama; nəvazişlə, mehribanlıqla müraciət. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. Ürəyi şad, könlü açıq; Körpə quzum, ağ günə çıx! S.Vurğun.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
quzu
kuzu