turklehceleri.org

qurğuşun

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qurğuşun

is.
1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür. – Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. • Qurğuşun rəngi – tutqun. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. // Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru.
2. Tüfəng və tapança gülləsi.
3. məc. Çox ağırlıq mənasında. [Hacı Qara:] ..Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır .. beş top satmışam. M.F.Axundzadə. Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?! S.Rəhimov. [Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. M.Rzaquluzadə.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qurğuşun

kurşun


Axir izdelgen sözler: