qurulmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qurulmaq
məch.
1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. – [Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı. // Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. Sədd qurulmaq. Səngər qurulmaq. Zavod qurulmaq. – Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq. S.Vurğun.
2. Əsaslandırılmaq. Planlar həqiqi imkanlar əsasında qurulmuşdur. Roman həyatdan alınma hadisələr üzərində qurulmuşdur.
3. Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək. Danabaş kəndində üç yerdə matəm qurulubdur. C.Məmmədquluzadə. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Mir Cəlal.
4. Yayı, mexanizmi burularaq işə salınmaq. Saat axşamdan qurulmamışdır. – Hacı Ağa, bağışlayasız, mənim alafranqa saatım günortadan-günortaya qurulur. C.Məmmədquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qurulmaq
I. yaradılmaq, tikilmək
{yaratılmak, inşa edilmek}
II. əsaslandırmaq
{esaslandırmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qurulmaq
kurmak, kurulmak
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
qurulmaq
Kurulmak, tesis edilmek.