qurcalanmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qurcalanmaq
f. dan. Qurdalanmaq, yerindəcə tərpənmək, o yan-bu yana çevrilmək (çox vaxt “yerində” sözü ilə). Mürsəl kişi utancaq gözlərini Məryəmə zilləyib yerində qurcalandı. M.Hüseyn. Nəbi ailəsinə sabah haradan çörək tapacağını düşünür, yerində qurcalanırdı. Ə.Abasov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qurcalanmaq
qurdalanmaq, tərpənmək
{kurcalanmak, sarsılmak}