qurabiyə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qurabiyə
is. [ər.] Un, şəkər, süd, badam və s.-dən hazırlanan girdə, yaxud uzunsov və ya başqa şəkillərdə kiçik kövrək qoğal. Məşədi İmaməli çay gətirdi; yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə, badam gətirdi, qoydu qabağımıza. C.Məmmədquluzadə. Qələmkar süfrənin üstündə lacivərdi saxsı qablarda noğul, paxlava, şəkərçörəyi, qurabiyə qoyulmuşdu. Çəmənzəminli.