qorxu
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qorxu
is.
1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Ölüm qorxusu. Qorxudan əsmək. – Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Həyəcan, iztirab, təşviş, təlaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun. • Qorxuya düşmək – təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. ..Atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib .. bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. Qorxuya salmaq – təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq.
2. Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi. – İndi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.
3. Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.
4. Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qorxu
I. hövl, xof
{evham, telaş}
II. həyəcan, iztirab, təşviş, təlaş
{heyecan, ızdırap, vesvese, telaş}
III. ehtiyat
{çekince}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qorxu
korku, kuşku, tehdit