turklehceleri.org

qonaqlıq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qonaqlıq

is. Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək. Bu gün gələn qonaqların şərəfinə böyük bir qonaqlıq verildi. – Dedim: – Əzizim, Lağlağı, .. səbir elə, görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır? C.Məmmədquluzadə. [Nəbi:] Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. S.S.Axundov. Dünən Qazanxanın qəsrində qonaqlıq idi. M.Rzaquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qonaqlıq

ziyafət
{ziyafet}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qonaqlıq

ikram


Axir izdelgen sözler: