turklehceleri.org

qiymətli

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qiymətli

sif.
1. Qiyməti, dəyəri yüksək, baha olan; bahalı. Qiymətli xalça. Qiymətli hədiyyə. Qiymətli şeylər. Almaz qiymətli daşdır. – ..Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. Hələ üstəlik, dəllək arvadının qiymətli boyunbağısı, qızıl suyuna çəkilmiş gümüş kəməri .. vardı. S.Rəhimov. // Üzərində qiyməti yazılmış olan, dəyəri üzərində göstərilmiş, pul ilə ifadə olunan. Qiymətli kağızlar. Qiymətli banderol.
2. məc. Çox lazımlı, çox mühüm, çox dəyərli. Qiymətli işçi. Arxivdən qiymətli sənədlər tapılmışdır. Qiymətli əsər. Qiymətli məlumat əldə etmək. – Budur, yanlarından keçdi bir nəfər; Qoltuğunda qalın, qiymətli cildlər. M.Müşfiq.
3. məc. Üstün, yaxşı, xoş, əziz.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qiymətli

I. dəyərli, bahalı
{değerli, pahalı}

II. lazımlı, mühüm, dəyərli
{lüzumlu, seçkin, değerli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qiymətli

kıymetli, önemli


Axir izdelgen sözler: