qiymət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qiymət
is. [ər.]
1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
2. məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır. – Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Ələsgər. • Qiymətdən salmaq – hörmətdən, etibardan salmaq, gözdən salmaq. [Şəmsiyyə] ..özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov. // məc. Qədir-qiymət, dəyər. Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nəsimi.
3. Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq. ‣ Qiymət vermək (qoymaq) – 1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək. – Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Sağlığında qiymət verin insanlara! C.Novruz; 2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək; 3) bax. qiymətləndirmək. Mənim rəncimə, yəni zəhmətimə qiymət verərsən. S.Rəhimov. Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qiymət
I. əhəmiyyet, dəyər
{önem, değer}
II. qədir-qiymət, dəyər
{kadir kıymet, değer}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qiymət
bedel, değer, fiyat, kıymet, not, paha