qiblə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qiblə
is. [ər.]
1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə.
2. Cənub, cənub tərəf. Külək qiblədən əsir. – Səhər-səhər sərin qiblə yelləri; Heç yolun düşdümü canan dağına? M.P.Vaqif. Belə kölgəlik tikəndə, gərək elə tikilsin ki, səbətləri üzü qibləyə qoymaq [mümkün] olsun. H.Zərdabi. Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. N.Vəzirov. ‣ Qibleyi-aləm köhn. – müsəlman Şərqində hökmdara müraciət forması. [Böyükxanım:] Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. M.S.Ordubadi. Şah hiddətlə dedi: – Sadıq xan, sən də belə!.. Bir demirsən ki, niyə Məmməd bəy qibleyi-aləmin hüzuruna gəlmir?.. Çəmənzəminli.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qiblə
kıble