turklehceleri.org

qeyd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qeyd

I. is. [ər.]
1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. – ..Gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu qeyd var. // Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s.-yə yazma. Qeyd zamanı Mahmud qızın tərəfindən, yoldaşı da oğlan tərəfindən vəkil olacaqdı. B.Talıblı. • Qeyd etdirmək – dəftərə saldırmaq, yazdırmaq. Adını siyahıya qeyd etdirmək. Qeyd etmək – 1) yadda saxlamaq üçün qısaca yazmaq. Çıxışları qeyd etmək. Mühazirənin mühüm yerlərini qeyd etmək. Dəftərinə bəzi qeydlər etmək; 2) işarə etmək, yazmaq. Gecikənləri qeyd etmək. Gəlməyənlərin adını siyahıya qeyd etmək; 3) göstərmək, nəzərə çarpdırmaq, yada salmaq, söyləmək. Kütlələrin aktivliyini qeyd etməmək olmaz. – Bunların hamısı qabaqcıl adamlardır, – deyə katib iftixarla qeyd etdi. Ə.Sadıq. Qeyd olunmaq – 1) yazılmaq, siyahıda və s.-də öz adını yazdırmaq; 2) göstərilmək, işarə edilmək. Məktubun tarixi qeyd olunmamışdır. Qeydə alınmaq – bir yerə yazılmaq, siyahıya daxil edilmək. Qeydə almaq – bir yerə yazmaq, siyahıya daxil etmək. Ancaq mühəndislər bu ocağı qeydə almışdılar. Mir Cəlal.
2. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir. Lütfən, qeydlərinizi də bizə bildirsəniz, nəzərə alarıq. M.İbrahimov.

II. is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. • Qeydinə qalmaq – qayğısını çəkmək, fikrini çəkmək, dərdinə qalmaq, birinin taleyi üçün narahat olmaq. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub, öz canımızın qeydinə qalırıq. C.Məmmədquluzadə. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. M.S.Ordubadi. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. S.S.Axundov. Qeydini çəkmək – bax. qeydinə qalmaq. Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz. M.V.Vidadi. Sən oğlunu məndən istə. Mənə vermisən, payımdır, qoy qeydini mən çəkim. Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qeyd

I. çıxarış
{çıkarış}

II. fikir, qayğı, narahatlıq, əndişə
{tasa, kaygı, sıkıntı, endişe}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qeyd

dip not, dipnot, kayıt, muhtıra, not


Axir izdelgen sözler: