qarlı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qarlı
sif.
1. Qarla örtülmüş, qarla örtülü. Qarlı dağlar. Qarlı çöllər. Qarlı damlar. – Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyaz parlar. H.Cavid. Ay işığı, dolu ürək, yaşıl bağ; Qızğın günəş, sərin çeşmə, qarlı dağ. M.Müşfiq.
2. Qarla bərabər olan, qarla yağan. Adını dəyişib, əhdini danıb; Yenə də həmən zülm, həmən əsarət; Qarmağa taxılan ətə aldanıb; Tələni görmədi zavallı millət. B.Vahabzadə.