turklehceleri.org

qardaş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qardaş

is.
1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban] ..bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. ..Bir şəhərin beş qardaşın xanlığına parçalandı... M.Araz. • Qan qardaşı – 1) doğma qardaş; 2) məc. səmimi dost. Sağımda, solumda məsləkdaşlarım; Fikir qardaşlarım, qan qardaşlarım. X.Rza. Seyr et, qarşındakı can sirdaşındır; İnsandır, deməli, qan qardaşındır. Şəhriyar. Ögey qardaş – atası, yaxud anası ayrı olan qardaş. [Səba xanım:] Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. M.S.Ordubadi. Süd qardaşı – ayrı-ayrı ata-anadan olub, bir anadan süd əmmiş iki adam. [Babək:] Elə isə bu vaxta qədər qafil olmuşam və elə bilmişəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digəri süd qardaşım ərəb oğlu Müaviyə... Ə.Məmmədxanlı.
2. tənt. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs. [Eyvaz:] Qardaşlar, .. atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur! C.Cabbarlı.
3. Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. Qardaş, yol ver, keçim. Qardaş, məndən əl çək! – [Zinət xanım:] ..Qarovulçu qardaş, sən də çıx buradan.. N.Vəzirov. Axı, a qardaş, iki saatdır burada gözləyirəm. Qantəmir. // “Qardaşım” şəklində: mehribancasına müraciət – dostum, əzizim. Qardaşım, sənə nə oldu? – [Şərif:] Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana. C.Cabbarlı.
4. məc. Qardaş kimi yaxın, dost olan adam haqqında. O mənimlə qardaş kimidir. [Mürşid] əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. İ.Şıxlı. ‣ Qardaş malı – atadan qalan və qardaşlar arasında tən-bərabər bölünməli mal, miras. Qardaş malı kimi ortadan bölər. Q.Zakir.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qardaş

ağabey, birader, erkek kardeş, kardeş


Axir izdelgen sözler: