qail
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qail
[ər.] köhn. İnanan, razı olan. Pərvanə də sən tək şəmə maildir; Nə qədər ki, cövr eyləsə, qaildir. Q.Zakir. Küfrümə hökm eyləməyin zur ilə; Qaili-Quranəm, a şirvanlılar! M.Ə.Sabir. [Şeyx Sənan:] Sən neçin həp sükutə mailsən; Söylə bir, hankı dinə qailsən? H.Cavid. • Qail olmaq – razı olmaq, inamı olmaq, inanmaq. [Mirzə Fətəli:] Mən elmi-kimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Ə.Haqverdiyev. Bir sözüm var sənə pünhan deməli; Qail olsan, deyim, gül sənə qurban! Aşıq Ələsgər.