qabqacaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qab-qacaq
top. İçərisində xörək hazırlamaq, yaxud içərisinə yemək şeyləri qoymaq üçün qablar. Qab-qacaq mağazası. Qabqacaq yumaq. Qab-qacaq şkafı. – Bu məfrəşlərdə bir qədər qab-qacaq və qeyri ev şeyləri vardır. S.S.Axundov. Küçələrə tökülmüş sınıq qab-qacaqları görürkən, .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. ‣ Qabına-qacağına sığmamaq – bax. qabına sığmamaq (“qab”da). [Telli] sevincindən qabına-qacağına sığmırdı. S.Hüseyn.