pəhləvan
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
pəhləvan
is. [fars.]
1. Çox güclü adam; qəhrəman, igid. Gəzinir ortada səkkiz pəhləvan; Əyri qılınclardan sanki damır qan. H.K.Sanılı. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. M.S.Ordubadi.
2. Güləşmə ilə məşğul olan idmançı; güləşçi. İkinci dərəcəli pəhləvan.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
pəhləvan
igid, cəsur, qoçaq, bahadır
{yiğit, cesur, koçak, bahadır}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
pəhləvan
pehlivan