pıçıldaşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
pıçıldaşmaq
qarş. Bir-biri ilə pıçıltı ilə danışmaq, söhbət etmək. Həmzə Allahqulu ilə bir az pıçıldaşıb, sonra dedi. Ə.Əbülhəsən. Oğlanlar [Mehribana] baxaraq pıçıldaşırdılar. H.Seyidbəyli. // məc. Obrazlı təşbehlərdə. Ləpələr pıçıldaşır. – Şam ağaclarının yaşıl budaqları qürurla səslənib, bir-birilə öpüşür, pıçıldaşırdı. S.Vəliyev. Gülün üzü işıqlandı; Pıçıldaşdı çəmən, çiçək. M.Dilbazi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
pıçıldaşmaq
danışmaq
{konuşmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
pıçıldaşmaq
fısıldaşmak