püfləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
püfləmək
f. Ağıza doldurulmuş havanı birdən buraxmaq, püf etmək; püfürmək. [Əhməd] arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğunu əvvəl püfləyib sonra doldurdu. Çəmənzəminli. Lətifədən səs çıxmadığını görən katibə trubkanı püfləməyə başladı. M.Hüseyn. ‣ Püfləyə-püfləyə saxlamaq – bir şeyi çox ehtiyatla qoruyub saxlamaq. Suyu püfləyəpüfləyə içmək – çox ehtiyatlı hərəkət etmək.