putyovka
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
putyovka
[rus.]
1. Bir yerə (məs.: sanatoriyaya, istirahət evinə, kursa və s.) göndərilən adama verilən rəsmi vəsiqə; yol vərəqəsi. [Gənclərin] içlərində .. putyovka ilə gəlmiş texnikum və ali məktəb tələbələri də çoxdur. M.İbrahimov. [Cavadov] kassanı açıb, putyovkaları [Sərdarlıya] uzatdı. Q.İlkin.
2. xüs. Sürücüyə, şoferə və b. verilən və nəqliyyatın marşrutu və görəcəyi işi göstərilən vərəqə. Sürücünün putyovkasını yoxlamaq.
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
putyovka
(Russian) travel pass, authorization.