piltə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
piltə
is.
1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək. – Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn. // Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. [İmamyar Türbətə:] Dinamitin piltəsini ki gördün? C.Cabbarlı.
2. tib. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Çəmənzəminli.