oyanmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
oyanmaq
f.
1. Yuxudan ayılmaq, gözlərini açmaq. Sübh tezdən yuxudan oyanan kimi eşitdim, .. rəiyyətin birinin evində qilüqal səsi gəlir. C.Məmmədquluzadə. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi.
2. məc. Canlanmaq, hərəkətə gəlmək. Kənd oyandı. – Tikintidə artıq həyat oyanırdı. Ə.Sadıq. // məc. Cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq. Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq. Bəzi yerlərdə torpaq yenicə oyanır, taxıllar boy atmağa başlayırlar. M.İbrahimov.
3. məc. Gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. Məzlum siniflər oyandı.
4. məc. Əmələ gəlmək, doğmaq, törəmək. Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. M.İbrahimov. Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı. İ.Şıxlı.
5. məc. Özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
oyanmaq
I. ayılmaq
{ayılmak}
II. canlanmaq
{canlanmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
oyanmaq
uyanmak