onillik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
onillik
sif.
1. On il sürən, on il müddətli, on il davam edən. Onillik xidmət. // On il müddətinə tərtib olunmuş, on ili nəzərdə tutan. Onillik plan.
2. Təhsil müddəti on il davam edən. Onillik məktəb. – [Rəhim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq. // is. Təhsil müddəti on il davam edən tam orta məktəb. Onilliyi qurtarmaq. Onillikdə oxumaq. – Onillikdən sonra [Nəcəf] bir müddət kolxozda işlədi.. M.İbrahimov.
3. On yaşında olan, onyaşar. Onillik ağac.
4. On ildən qalma, on il ömrü olan. Onillik konyak.
5. is. On ildən, əsrin onda birindən ibarət vaxt hesabı. XX əsrin birinci onilliyi. – Vaxt hesabında hər on il – bir onillikdən, hər yüz il – bir əsrdən, hər min il – bir minillikdən ibarətdir.. “Qədim dünya tarixi”.