odlu
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
odlu
sif.
1. Odu olan; yanar, alovlu, közərən. Odlu ocaq. – Çox zaman qurduğum tələdəki quşlar yerinə gözlərimə anamın dəhşətlə təsvir etdiyi əllərində odlu kösövlər olan inkirminkirlər görünürdü. M.İbrahimov. Səbzəlinin dodaqlarından papirosun odlu qoru tökülürdü. S.Rəhimov. • Odlu silah – barıt, yaxud başqa partlayıcı maddələrin alışması ilə atılan silah (tüfəng, tapança və s.).
2. məc. Qırmızı, od rəngli. Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. M.Rahim.
3. məc. Ehtiraslı, coşqun, yanar. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. A.Şaiq. Sanki Sədəf [Sonanı] odlu baxışları ilə əridir, .. yandırıb-yaxırdı. B.Bayramov. // məc. Atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. Odlu məhəbbət. Odlu salamlar. Odlu ehtiras. – Nədən söyləməsin ana dililə; Öz odlu nitqini yoldaş komissar? S.Vurğun. O, o qədər odlu (z.) danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.
4. məc. Təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı. O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. S.Vurğun. Ürəyindəki odlu bir həsrətlə yalvarırdı. Mir Cəlal. odlu-odlu zərf Ehtirasla, hərarətlə, qızğın surətdə. Odlu-odlu [Rüstəm Mayaya] bildirdi ki, hər yerdə və hər zaman kişinin borcu qadına hörmət etməkdir, ona qulluq göstərməkdir. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
odlu
I. atəşli, alovlu
{ateşli, alevli}
II. həyəcanlı, ehtiraslı, coşgun, qızgın, hərarətli, dəliqanlı
{heyecanlı, ihtiraslı, coşkun, kızgın, hararetli, delikanlı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
odlu
ateşli, hararetli