odlamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
odlamaq
f.
1. Od vurub yandırmaq, yanğın törətmək. Ocağı odlamaq. Tonqalı odlamaq. // Alışdırmaq, yandırmaq. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi. Nəriman dərhal fitili odladı. Mir Cəlal.
2. məc. Odlu silahla öldürmək, ya yaralamaq. [Sərvər Məşədi İbada:] Danışma, yaz, yoxsa odlaram səni! Ü.Hacıbəyov.
3. məc. Bərk hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxartmaq. Qapıçıların sözləri Talış xanı odlayırdı. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
odlamaq
alışdırmaq, yandırmaq, alovlandırmaq, qalamaq
{Atəşlemek, yakmak, alevlendirmek, yığmak}