turklehceleri.org

nəvaziş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nəvaziş

is. [fars.]
1. Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət. Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdür. S.Rəhimov. • Nəvaziş etmək (göstərmək) – oxşamaq, əzizləmək, riqqət göstərmək. Ərinin sözünə əhəmiyyət verməyən Şölə xanım ona yaxınlıq və nəvaziş göstərmək istədi. Ə.Abasov.
2. Nəvazişlə şəklində zərf – oxşayaraq, məhəbbətlə, mehribanlıqla, riqqətlə. Sonra nəvazişlə mənə söylədi: – De, səni göndərsin atan məktəbə. A.Səhhət. Sonra birdən ağ saçlarını xatırlayaraq [Ulduz] qüssə ilə gülümsündü və nəvazişlə yaralının üzərinə əyildi. Ə.Məmmədxanlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

nəvaziş

oxşama, əzizləmə
{şımartma, nazını çekme}


Axir izdelgen sözler: