turklehceleri.org

nəsib

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nəsib

is. [ər.] Qismət, hissə, pay, bəxtə çıxan şey, bəxt. • Nəsib etmək (eyləmək) – qismət etmək, uğruna çıxartmaq. Yarımı yar eylədin əğyarə, ey fələk; Etdin gülü nəsib genə xarə, ey fələk! S.Ə.Şirvani. Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir. M.S.Ordubadi. Nəsib olmaq – qismət olmaq, bəxtinə çıxmaq, payına düşmək, çatmaq; müyəssər olmaq. [Pərzad:] ..Əyər mən vuran-yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım. M.F.Axundzadə. [Vəliəhd:] Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. M.S.Ordubadi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

nəsib

qismət, tale
{kısmet, talih}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

nəsib

nasip


Axir izdelgen sözler: