nərildəmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nərildəmək
f.
1. Nərilti səsi çıxarmaq; bağırmaq, qışqırmaq, nərə vurmaq. [Pələng] iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. A.Şaiq. Xan acığından şəbkülahını başına basıb bir az vəhşi heyvanlar tək nərildədi. Çəmənzəminli.
2. məc. Guruldamaq, uğuldamaq, gurultulu səs salmaq. Çay nərildəyib meşəyə səs saldı. – Qatar nəhəng bir əjdaha kimi yorğun və boğuq bir səslə nərildəyib getdi. M.Rzaquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nərildəmək
bağırmaq, qışqırmaq
{bağırmak, çağırmak}