nənni
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nənni
is.
1. Körpə uşaqları yatırtmaq üçün asılan kiçik yatacaq. [Qumru] uşağı nənniyə salıb küncə qısıldı. Mir Cəlal. Tarlanın ortasında palıd ağacının budaqlarından çoxlu nənni asılmışdı. İ.Hüseynov.
2. Uzanıb, ya oturub dincəlmək üçün ağaclara, dirəklərə bənd olunmuş asılı tor; qamak.