nəcib
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nəcib
sif. [ər.]
1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. [Heydər bəy:] Amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. M.F.Axundzadə. [Həsən:] Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. Ə.Haqverdiyev.
2. Alicənab, yaxşı, ürəyi təmiz. [Gülçöhrə:] Arşınmalçının üzü nəcib adamın üzünə oxşayır. Ü.Hacıbəyov. Silistçi Sədrəddin bəy yaxşı, nəcib adamlardan birisi idi. S.M.Qənizadə. Üz-gözündən bilinir ki, qonağın nəcib oğlandır. M.Hüseyn. // İs. mənasında. [Rəhim:] Belə olan surətdə rüsxət ver, gedim, sübut gətirim ki, mən özüm də nəciblərdənəm. N.Vəzirov.
3. məc. Təmiz, pak, müqəddəs. Nəcib duyğu. Musiqi yüksək, nəcib hisslər ifadə edir. – Bəsləyirəm mən səni nəcib əməllərimlə; Deyirəm ki, bağban ol bizim bu gözəl bağa. S.Rüstəm. Yeni sədrin cəsarətli sözləri, nəcib arzuları Həbibə bir az qəribə görünsə də, Mədədin bugünkü söhbəti ona bərk təsir eləmişdi. Ə.Vəliyev.
4. məc. dan. Qəşəng, gözəl, incə, zərif. Nəcib üz (sifət). – [Qızın] uzun, nəcib barmaqlarına diqqət edir, fikrinə gəlir ki, bu barmaqlar sənət üçün yaranmışdır. Mir Cəlal. ‣ Nəcib qazlar – adətən başqa qazlarla kimyəvi reaksiyaya girməyən qazlar. Nəcib metallar – havada oksidləşməyən metallar (qızıl, gümüş, platin).
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nəcib
alicənab, mərd, comərd
{soylu, mert, cömert}