nəcabət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nəcabət
is. [ər.] Nəciblik, əsillilik, təmiz bir nəslə mənsubiyyət, soyluluq. [Naçalnik:] Oğlan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın? M.F.Axundzadə. Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir. [Nəcəf bəy:] Mənim əslim və nəcabətim heç vədə qəbul eləməz ki, mənim evimə it-qurd qızı gəlsin. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nəcabət
əsillik, alicənablıq
{asillik, cömertlik}