nəbatat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nəbatat
is. [ər. “nəbat” söz. cəmi]
1. Bitki, bitki aləmi. Səbr ilə verir zəmin nəbatat. Xətayi. ..Nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Ə.Haqverdiyev.
2. bax. botanika. Radioaktiv elementlərin nəbatatda, təbabətdə, sənayedə necə tətbiq olunduğundan [İkramın] az-çox məlumatı var idi. Ə.Əbülhəsən.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
nəbatat
nebat