turklehceleri.org

nüvə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nüvə

is.
1. Bir şeyin daxili, mərkəzi hissəsi. Atom nüvəsi (atomun mərkəzi, müsbət yüklü hissəsi). Yerin nüvəsi. – Çalağanlar Yer üzündə səs oğruları; Sərhədlərdən sərhədlərə ölüm çəkənlər; Meşə qırıb, dağ uçurub; Çay, dəniz yarıb; Yer şarının nüvəsinə nüvə əkənlər... M.Araz. // biol. Hər cür bitki və heyvan orqanizmi hüceyrəsinin ən mühüm tərkib hissəsi. Nüvə protoplazmaya nisbətən daha bərk olmaqla protoplazmanın özü ilə əhatə olunur.
2. Nüvə daxilində baş verən proseslərə, atom nüvəsi enerjisindən istifadəyə aid olan. Nüvə reaksiyası. Nüvə enerjisi. Nüvə silahı. • Nüvə reaktoru (ya qazanı) – içərisində atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyası əmələ gələn qurğu; atom reaktoru. Nüvə fizikası – fizikanın, atom nüvələri və onların təhəvvülatını öyrənməklə məşğul olan sahəsi.
3. məc. Bir şeyin, yaxud bir kollektivin, təşkilatın, qrupun əsas hissəsini, özəyini təşkil edən hissəsi; özək. Qoşunların nüvəsini təşkil edən hissələr.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

nüvə

nükleer, nüve


Axir izdelgen sözler: