nemət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nemət
is. [ər.]
1. Yaşamaq üçün lazım olan şeylərin məcmusu (yeyəcək, içəcək və s.); rifah. ..Bazar-dükanda cəm olan dünyanın hər bir neməti yeməli və içməli qəbilindən – hamısı həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.
2. məc. Xoşbəxtlik, səadət, yaxşılıq. [Heydər bəy:] İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm. M.F.Axundzadə. Sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
nemət
nimet