turklehceleri.org

naümid

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

naümid

sif. və zərf [fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı. • Naümid etmək (eləmək) – ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək. Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. S.Rəhman. Naümid olmaq – ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. C.Məmmədquluzadə. Fərəc yenə naümid olmadı. Qantəmir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

naümid

çarəsiz, əlacsız
{çaresiz, ilaçsız}


Axir izdelgen sözler: