turklehceleri.org

naxış

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

naxış

is. [ər. nəqş-dən]
1. Rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, çəki, bəzək və s. Onun divarları aləlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. Zərqələmin yadigarı üzərində naxışlar tikilmiş bir yaylıq idi. Ə.Sadıq. • Naxış vurmaq (salmaq) bax. naxışlamaq. [Turac:] Batmış gör necə də qəşəng naxışlar vurub!.. İ.Əfəndiyev. Şaxta pəncərəyə naxış salanda; Bir böyük heykəlin keçib yanından; Seyr edirəm onu mən heyran-heyran. N.Rəfibəyli.
2. Kart kağızlarında xal, nişan. • Naxışı tutmaq – oyunda və s. əli gətirmək, udmaq. naxış-naxış sif. Naxışları olan, naxışlarla bəzəkli, naxışlı. Naxış-naxış köynək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

naxış

bəzək
{motif}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

naxış

dantel, desen, motif, nakış


Axir izdelgen sözler: