nadürüst
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nadürüst
sif. və is. [fars.] Fırıldaqçı, kələkbaz, hiyləbaz, əliəyri, cüvəllağı, haramzadə. [Gileygüzarov:] Arvad, gələn dəfə bu nadürüstü çağırsaq hər ikimizin atasına lənət! S.Rüstəm. Nərgizə baxıram; Mənə kəm baxan; Nadürüst gözləri unutmaq üçün... B.Vahabzadə. // Söyüş məqamında (əsasən kişilər haqqında).
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nadürüst
dələduz, hiyləgər, kələkbaz, bic, fəndgirlik, tülkülük
{kurnaz, hilekâr, düzenbaz, yalancı, sahtekâr, tilkilik}