məşəqqət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məşəqqət
[ər.]
1. is. Əzab, əziyyət, sıxıntı, zəhmət, möhnət. Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü. A.Divanbəyoğlu. Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti. H.K.Sanılı. • Məşəqqət çəkmək – əzab çəkmək, əziyyət çəkmək, sıxıntı çəkmək, möhnət çəkmək. Qıldın məni çünki sirrə məhrəm; Dur, çəkmə dəxi məşəqqətü qəm. Məsihi. Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. C.Cabbarlı.
2. Məşəqqətlə şəklində zərf – əziyyətlə, zəhmətlə, zorla. Biçarə qolunun ağrısından bitab düşüb nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məşəqqət
iztirab, əziyyət, cəfa
{ıstırap, sıkıntı, cefa}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məşəqqət
meşakkat