məxluq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məxluq
top. [ər.]
1. Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvüründə .. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var.. C.Məmmədquluzadə. Lakin insan müstəsna bir məxluqdur. Mir Cəlal. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.
2. Xalq, camaat, el, adamlar. [İmamyar:] Məxluq çalıb-oynayır.. C.Cabbarlı. [Hüseyn:] Dayı! Nə üçün məxluqu yığmısınız bizim qapımıza? S.Rəhman.
3. “Adam, insan” mənasında. Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!.. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məxluq
xalq, kütlə, el, camaat
{halk, kitle, grup, cemaat}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məxluq
yaratık