məst
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məst
I. sif. [fars.]
1. Sərxoş, kefli. Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət. • Məst etmək (eləmək) – kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi. Məst olmaq – içib keflənmək, sərxoş olmaq. Axır vaxtlarda Yusif .. əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu. S.S.Axundov. [Ağa Mərdan bəy] .. məst olaraq arvadı evdən çıxarıb .. balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq.
2. məc. Xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş. Mən nəşeyiləli-ləbi-canan ilə məstəm; Saqi, mənə minbəd meyi-nab gərəkməz. M.Ə.Sabir. • Məst etmək (eləmək) məc. – kefləndirmək, nəşələndirmək, bihuş etmək, məftun etmək. Onu məst edərdi öz gözəlliyi; Gül-çiçək açardı gözündə hər yan. B.Vahabzadə. Peçin üstündə qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin. Məst olmaq məc. – gözəl bir şeyin təsirindən keflənmiş kimi olmaq, huşu getmək, məftun olmaq. Yüzün gördü, şeyda könül, məst oldu; Nə hacət ki, həşr olduqca ayinə. M.V.Vidadi. Səhər yerindən qalxıb həyətə çıxanda ətirdən məst olursan. Mir Cəlal.
II. is. [fars. məs] Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı; məs. Məst geymək. – [Qərib:] Birisinin ayağında məsti var; Birisinin can almağa qəsdi var. “Aşıq Qərib”. Qərənfil bacının .. ayaqlarında ipək corabla yüngül məst var idi. İ.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məst
sərxoş, dəm, kefli
{sarhoş, demli, keyifli}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məst
mest, sarhoş