məram
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məram
is. [ər.] İstək, arzu, dilək, tələb. Məramı həyata keçmək. // Məqsəd, niyyət, qəsd. Məramına çatmaq. – [Molla Həmid:] Hələ buyurun görək zəhmət çəkmənizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa məramınız var? M.F.Axundzadə. Özgə bir məram ilə mən buraya gəlmişəm. Ə.Haqverdiyev. Noğul xanımın məramı bu idi ki, sözləri eşitdikdə Nadirin onlara rəhmi gəlsin. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məram
məqsəd, murad, arzu, dilək, istək, niyyət, həvəs, meyl
{maksat, murat, arzu, dilek, istek, niyet, heves, meyil}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məram
amaç, meram