mənimsəmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mənimsəmək
f.
1. Bir işi görüb götürmək, öyrənmək, özünə aşılamaq. [Fərman müəlliminin] dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq.
2. məc. Yaxşı-yaxşı öyrənərək, başa düşərək yadda saxlamaq. Fizikanı yaxşı mənimsəmək. İş üsulunu mənimsəmək.
3. məc. Qəbul edərək, udaraq həzm etmək. Xörəyi yaxşı mənimsəmək.
4. Qanunsuz olaraq başqasının malına, puluna və s. sahiblənmək, yiyələnmək. Özgənin kitabını mənimsəmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
mənimsəmək
yiyələnmək, anlamaq
{sahiplenmek, benimsemek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mənimsəmək
benimsemek