turklehceleri.org

məhsul

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

məhsul

is. [ər.]
1. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. Məhsul yığımı. Buğda məhsulu. Üzüm məhsulu. Pambıq məhsulu. – Bahar yağıntılı keçdiyindən məhsul gözlənildiyindən qat-qat artıq olmuşdur. M.Rzaquluzadə. İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.
2. Adətən cəm şəklində: məhsullar – istehsal edilən yeyiləcək və içiləcək şeylər, qida şeyləri. Süd məhsulları. Balıq məhsulları. Ət məhsulları.
3. Sənayenin hazırladığı müxtəlif şeylər. Fabrikin məhsulu. Məhsulun keyfiyyəti.
4. Bir şeyin törədiyi nəticə, bir şeyin nəticəsində hasil olan şey. Əsər gərgin əməyin məhsuludur. İnsan mühitin məhsuludur. – Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. M.S.Ordubadi. • Məhsul olmaq klas. – yetişmək, çatmaq, ələ gəlmək, hasil olmaq. Nə üçün biz verək bu barədə pul; Bizə bundan nə xeyir olur məhsul? S.Ə.Şirvani.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

məhsul

I. bəhrə
{mahsul}

II. ərzaq, yeyinti
{erzak, yemek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

məhsul

ekin, mahsul, mamul, rekolta, rekolte, üretim, ürün, yapıt


Axir izdelgen sözler: