məhrum
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məhrum
sif. [ər.] Nəsibi, hissəsi, payı olmayan; nəsibsiz. İstedaddan məhrum bir adam. Bilikdən məhrum. – Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu.. Çəmənzəminli. • Məhrum etmək (qılmaq) – binəsib etmək, birinin əlini boşa çıxarmaq, bir şeyi əlindən almaq. Qılma Ələsgəri məhrumididar; Tərəhhüm et mənə bir busə, ey yar! Aşıq Ələsgər. [Şeyx Sənan dərvişə:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzisöhbətdən. H.Cavid. Məhrum olmaq – binəsib olmaq, əlindən çıxmaq, əli boş qalmaq, əli çıxmaq. [Dostəli:] ..Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə, sən də tez ol, get, ondan xörək al, ye. Ü.Hacıbəyov. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. M.S.Ordubadi. // Xəbər şəkilçisi ilə: məhrumdur – yoxdur, malik deyil. Bu yerlər bitkidən məhrumdur. – [Firiduna] elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məhrum
I. nəsibsiz
{nasipsiz}
II. bədbəxt, uğursuz, yazıq, talesiz, məzlum
{bedbaht, uğursuz, aciz, talihsiz, mazlum}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məhrum
mahrum, yoksun