mədrəsə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mədrəsə
is. [ər.] Dini məktəb, ruhani məktəbi. Təzəpirdə bir yaxşı məscidi-ali; Yanında mədrəsədən ötrü hücrələr varmış. Ə.Nəzmi. // köhn. Ümumiyyətlə məktəb, tədris müəssisəsi. Hər vilayətdə şəfaxanələr tikilsin və mədrəsələr açılsın. M.F.Axundzadə. Mədrəsələr dünyada ondan ötrü qoyulublar ki, orada təhsil tapanlar oxuyub-yazmaq öyrənsinlər. C.Məmmədquluzadə. Bir əlində kitabça, bir əlində yasəmən; Məhəmməd astaasta qayıdır mədrəsədən. B.Vahabzadə.