məbada
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məbada
əd. [fars.] Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz (bəzən qoşa işlənir); olmaya, olmaya-olmaya, etmə, saqın. Məbada onunla yoldaşlıq edəsən! Məbada gedəsən. – Fəqanə gəlmə, könül, çəkdi yar şəmşirin; Məbada əl çəkə qətlindən iztirabı görüb. S.Ə.Şirvani. ..Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. C.Məmmədquluzadə.