turklehceleri.org

müxbir

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

müxbir

[ər.]
1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir. – Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı.
2. sif. köhn. Xəbəri olan, xəbərdar, baxəbər. [Cahangir bəy:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vəzirov. [Mehrəli bəy:] Görünür, əhvalatdan müxbir deyilsiniz. S.S.Axundov. • Müxbir etmək köhn. – hadisəni demək, bildirmək, haqqında məlumat vermək, xəbərdar etmək. Çox danışıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. Çəmənzəminli. Müxbir olmaq köhn. – xəbərdar olmaq. Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü. T.Ş.Simurq.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

müxbir

muhabir


Axir izdelgen sözler: