turklehceleri.org

mütaliə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mütaliə

is. [ər.]
1. Oxuma, qiraət. Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev. • Mütaliə etmək (eləmək) – kitab, qəzet, jurnal və s. oxumaq. [Musanın nəvəsi] mütaliə edir, çalışır, elmin bir şöbəsində özünü mütəxəssis hesab edir. Qantəmir. Bir axşam ürəyim yenə təngləşdi. Mütaliə etdiyim kitabla maraqlana bilmədim. T.Ş.Simurq. // Kitab və s.-dən əxz edilmiş bilik, məlumat mənasında.
2. Ətraflı düşünmə, götür-qoy etmə, fikirləşmə. Məsələni əvvəlcə mütaliə etmək lazımdır.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mütaliə

oxuma
{okuma}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

mütaliə

mütalaa


Axir izdelgen sözler: