turklehceleri.org

müsbət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

müsbət

sif. [ər.]
1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə. – [Aslan] hiss etdi ki, yaxşı adamların arasındadır, suala müsbət cavab verdi. S.Vəliyev. // Zərf mənasında. Məsələ müsbət həll olundu.
2. Lazımi keyfiyyət və xassələrə malik olan, qəbul edilə bilən, ümidləri doğruldan; yaxşı. Müsbət təsir. – Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi. // Yaxşı xüsusiyyətləri ilə ətrafındakılardan seçilən, nümunə ola bilən. Müsbət tip. Müsbət surət. – Çobanlar və başqa müsbət qəhrəmanlar xalqın nümayəndələridir. M.İbrahimov.
3. riyaz. Sıfırdan böyük. Adi ədədləri mənfi ədədlərdən fərqləndirmək üçün onlara müsbət ədədlər adı verilmişdir. Z.Xəlilov. // Sıfırdan yuxarı olan hava temperaturunu göstərmək üçün işlədilir. Müsbət (+) 15° isti.
4. fiz. Hissəcikləri proton, pozitron və s.dən ibarət elektrik növünə aid olan. Müsbət yük.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

müsbət

məqbul, qənaətbəxş
{makbul, mümtaz}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

müsbət

müspet, olumlu


Axir izdelgen sözler: